Advertisment

Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirib

Ukrayna ordusu Rusiyanın endirdiyi zərbələrə ədalətli şəkildə cavab verməyə davam edir.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

O qeyd edib ki, Ryazan bölgəsində neft emalı zavodu, Perm bölgəsində və Tatarıstanda neft emalı müəssisələri, Kursk bölgəsində isə hücum dronlarının saxlanması və buraxılması üçün istifadə edilən ərazi hədəfə alınıb.

Ukrayna lideri Qara dənizdə də hədəflərin vurulduğunu qeyd edib.