Advertisment

Rusiya Misir aviasiya sərgisində TKB-1167 sistemini təqdim edəcək

“Yüksəkdəqiqlikli komplekslər” holdinqi Misirdə keçiriləcək El Alamein International Airshow 2026 aviasiya-kosmik salonuna “İsgəndər-E” əməliyyat-taktiki raket kompleksini, “Pantsir” hava hücumundan müdafiə sistemlərini və hava hədəflərini məhv etmək üçün yeni sistem gətirəcək.

Herbiand.az bildirir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat verib.

Sərgidə hava hədəflərini vurmaq üçün ilk dəfə yeni TKB-1167 sistemi nümayiş olunacaq. O, infrastrukturu dronlardan qorumaq üçün nəzərdə tutulub. Sistem dronları gecə-gündüz aşkarlayır, ələ keçirir, müəyyən edir və izləyir, sonra onları pulemyot silahlarla məhv edir.

Bəxtiyar CƏFƏRLİ