Advertisment

Paytaxda qanla qidalanan həşəratlar fəallaşıb

Rusiyanın paytaxtı Moskvada payız milçəkləri fəallaşıb. Herbiand.az xəbər verir ki, bu barədə bioloq Dmitri Safonov məlumat yayıb.

Onun sözlərinə görə, digər milçək növlərindən fərqli olaraq bu həşərat qanla qidalanır. 

“Neştəri ilə dərini deşir. Onun sancması yanma, qızartı və qaşınmaya səbəb olur. Bu milçəklər payız aylarında daha çox yayılır”-deyə, bioloq bildirib.

Qeyd edək ki, payız milçəyinin sancması həssas insanların səhhətində ciddi fəsadlara yol açır. Belə hallarda güclü yerli şişkinlik və ya qaşınan qabarcıqlar yaranır. Həşərat sancmasından sonra şişkinlik güclənərsə və tənəffüsdə çətinlik yaranarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Hebriand.az