Birləşmiş Mühərrik Korporasiyası (“Rostex”in bir hissəsi) Moskvada 10.000 kvadrat metrdən çox ərazini əhatə edən istehsal və texnologiya mərkəzi açıb. Mərkəzdə SJ-100 “Superjet” üçün PD-8 və MS-21 təyyarəsi üçün PD-14 də daxil olmaqla, təyyarə mühərrikləri komponentləri istehsal olunacaq. Həmçinin, orada Moskva bölgəsindəki aviasiya sənayesi və müəssisələr üçün mütəxəssislər yetişdirəcək təlim mərkəzi də açılıb.
Herbiand.az bu barədə “Rostex”in mətbuat xidmətinə istinadən bildirir.
Açılış mərasimində bir sıra rəsmi şəxslər iştirak edib. Onlar yeni müəssisəni gəzib və istehsal olunacaq məhsulların nümunələrinə baxıblar.
Yeni müəssisədə bütün əsas istehsal əməliyyatlarını yerinə yetirməyə qadir olan yüksək texnologiyalı dəzgahlar və qurğular da daxil olmaqla təxminən 230 ədəd müasir avadanlıq mövcuddur. Burada PD-14, PD-8 və AI-222-25 təyyarə mühərrikləri, eləcə də TV7-117 və VK-2500 elektrik stansiyaları üçün hissələrin seriyalı istehsalı həyata keçiriləcək.
Bəxtiyar CƏFƏRLİ