Advertisment

Zelenskinin müşaviri: Ukrayna HHM sistemləri Rusiyanın yeni PUA-larına cavab verə bilmir

Ukrayna hava hücumundan müdafiə sistemləri Rusiyanın pilotsuz uçuş aparatlarının inkişafına uyğunlaşa bilmir. Kiyev mövcud dronlara qarşı əks tədbirlər hazırlayarkən, Rusiya fərqli sürət və uçuş xüsusiyyətlərinə malik yeni modellər hazırlayır.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Sergey Beskrestnov bildirib.

Onun sözlərinə görə, problem yaxın gələcəkdə daha da ciddiləşə bilər. Beskrestnov saatda 750 km-dən çox sürətə çata bilən Rusiya dronlarının meydana çıxacağını gözləyir: “Kiyevin mövcud hava hücumundan müdafiə sistemləri bu cür hədəfləri effektiv şəkildə ələ keçirə bilmir. PUA taktikalarında dəyişikliklər artıq nəzərə çarpır”.

Eyni zamanda, Rusiya digər yeni vasitələrin istifadəsini artırır. Beskrestnov “Banderol” qanadlı raket, “Dan-M” hədəf raketinə əsaslanan “Dan-T” boşalma sursatı və əvvəllər aldadıcı dron kimi istifadə edilən “Gerbera-5”-dən bəhs edib: “Bu dronlar son dərəcə aşağı hündürlüklərdə fəaliyyət göstərə və aktiv manevr edə bilir ki, bu da mövcud hava hücumundan müdafiə sistemləri tərəfindən onların ələ keçirilməsini xeyli çətinləşdirir”.

Zelenskinin müşaviri hesab edir ki, Ukrayna vəziyyəti yalnız Qərb tərəfdaşları ilə birlikdə Rusiya inkişaflarına qarşı yeni əks tədbirlər hazırlamaqla yaxşılaşdıra bilər.

Bəxtiyar CƏFƏRLİ