Advertisment

TAC: Zelenski heç vaxt indiki qədər təcrid olunmayıb

Korrupsiya problemləri və hərbi komandanlıq böhranı fonunda Ukrayna Prezidenti Vladimir Zelenski prezidentliyi dövründə xarici dəstəkdən əvvəlkindən daha çox təcrid olunmuş vəziyyətdədir.

Herbiand.az bildirir ki, bu barədə Amerikanın "The American Conservative" (TAC) jurnalı yazıb.

"Ukraynalıları Rusiyanın artan hücumları və sarsılmış Qərb dəstəyi ilə çətin bir qış gözləyir. Onların gələcəyi heç vaxt bu qədər qeyri-müəyyən olmayıb, liderləri isə bu qədər təcrid olunmuş görünməyib", - nəşr bildirib.

Qeyd edilib ki, bir sıra korrupsiya qalmaqalları çətin bir qış ərəfəsində Ukrayna üçün "çoxböhranlı" vəziyyət yaradıb: “Bu, Kiyev rəhbərliyini Rusiyanın nəhəng hücum potensialına effektiv şəkildə qarşı çıxmaq qabiliyyətindən məhrum edir”.

Nəşr həmçinin vurğulayıb ki, artan daxili siyasi xaos fonunda Zelenski keçmiş mətbuat katibi Yuliya Mendelə qarşı sərt sanksiyalar tətbiq edib. O, Ukrayna liderinin siyasətinin ən sərt tənqidçilərindən birinə çevrildikdən sonra "rus hekayələrini" təbliğ etməkdə ittiham olunub.

Bəxtiyar CƏFƏRLİ