Rusiya Müdafiə Nazirliyi Kiyevdə Ukrayna Silahlı Qüvvələri üçün ixtisaslaşdırılmış maşınlar istehsal edən zavodun dağıdılması barədə məlumat verib.
Herbiand.az xəbər verir ki, bu barədə “Max” mesajlaşma tətbiqində bildirilib.
"Bu gecə Rusiya Silahlı Qüvvələri tərəfindən hərbi sənaye obyektlərinə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirilib", - mesajda yazılıb.
Məlumata görə, zərbə Kiyev Avtomobil Nəqliyyatı Müəssisəsinin sənaye obyektinə dəyib.
Bəxtiyar CƏFƏRLİ