Advertisment

"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb

ABŞ rəsmiləri və husilər arasında Omanda görüş keçirilib.

“Reuters“ anonim mənbələrə istinadən xəbər verir ki, görüş həftə sonu husilər Yəməndə strateji mühüm əraziləri ələ keçirdikdən sonra baş tutub.

Məlumata görə, görüşdə husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq olduqlarını bildiriblər.

Həmçinin, İsrailə məxsus gəmilərin də hədəfə alınmayacağı, yalnız Səudiyyə Ərəbistanı gəmilərinə hücum ediləcəyi vurğulanıb.

ABŞ Dövlət Departamenti husilərlə görüş xəbərini təsdiqləməyib. Lakin qeyd edilib ki, Qırmızı dənizdə naviqasiya azadlığının qorunması ABŞ-ın marağındadır.

Omanın ABŞ-dakı səfirliyi və husilər də “Reuters“in sorğusuna cavab verməyib.