Advertisment

Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün vətəndaşlara müraciət edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin bu gün Moskva vaxtı ilə saat 18:00-da Dövlət Dumasına qarşıdan gələn seçkilərlə bağlı rusiyalılara müraciət edəcək.

Qeyd edək ki, onlayn və ənənəvi qaydada keçirilməsi planlaşdırılan seçkilər 18, 19 və 20 sentyabr tarixlərində baş tutacaq.