Advertisment

Almaniya "Tip-424" sinifli 4-cü kəşfiyyat gəmisi sifariş edəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya Hərbi Dəniz Qüvvələri üçün “Tip-424” sinifli 4-cü casus gəmisinin alınması qərarını açıqlayıb.

Herbiand.az bildirir ki, bu açıqlama Volqastdakı Peene-Werft gəmiqayırma zavodunda keçirilən üçüncü belə gəminin kilin qoyulması mərasimində verilib.

Razılıqdan sonra sifariş təsdiq üçün parlamentə təqdim ediləcək.

Nazirin sözlərinə görə, bu cür gəmilər bütün silahlı qüvvələr üçün son dərəcə vacib bir imkandır. O, aparıcı gəminin 2029-cu ildə xidmətə başlaması planlaşdırıldığını bildirib.

Yeni gəmilərin uzunluğu 132 metr olacaq.

Bəxtiyar CƏFƏRLİ