Ukrayna ordusuna qadınların səfərbər edilməsi tamamilə Ukraynanın demoqrafik vəziyyətini viran qoya bilər.
Herbiand.az bildirir ki, bu fikri hərbi ekspert, 1-ci dərəcəli kapitan Vasili Dandıkin deyib.
O, Ukraynada ölüm və doğum nisbətləri arasında mövcud fərqi qeyd edib: "Orada artıq vəfat edən və ya öldürülən hər dörd nəfərə bir yeni doğulmuş körpə düşür. Qadınların səfərbər edilməsi ilə doğuş edəcək heç kim qalmayacaq. Ukrayna belə bitəcək - hələ başlamadan əvvəl".
Dandıkin qadınların mümkün səfərbərliyini Ukrayna üçün "tabutda son mismar" ola biləcək bir addım adlandırıb. O, Kiyevin tezliklə çağırışın qadınları da əhatə edəcək şəkildə genişləndirmək qərarına gələcəyini təxmin edir.
Lakin ekspert hesab edir ki, belə bir ssenari ölkə daxilində ciddi müqavimətə səbəb olmaya bilər: “Hazırda kişiləri ərazi işə qəbul mərkəzlərinin (hərbi komissarlığın alternativ variantı – red.) işçilərindən qorumağa çalışanlar tez-tez qadınlardır.
Ukraynalı qadınların özləri səfərbərlik səylərinin hədəfinə çevrilərsə, yaşlılar və uşaqların müqavimət göstərə biləcəyinə şübhə edirəm”.
Bəxtiyar CƏFƏRLİ