Rusiyanın müdafiə naziri Andrey Belousov Danimarka Hərbi Hava Qüvvələrinə məxsus helikopterin təxribatının qarşısını almaqda göstərdiyi bacarıqlı və qətiyyətli hərəkətlərə görə "Soobrazitelnıy" korvetinin komandirini "Hərbi fərqlənməyə görə" medalı ilə təltif edib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə 14 sentyabr saat 14:22-də baş verib. Baltik donanmasının korveti cənub-qərbi Baltik dənizinin neytral sularında tapşırıqlar yerinə yetirirən zaman hava hədəfi aşkar edib. Məlum olub ki, bu, Rusiya hərbi gəmisinə yaxınlaşan və beynəlxalq rabitəni qəbul etməyən Danimarka Hərbi Hava Qüvvələrinə məxsus "Fennec" helikopteridir.
Təxribatın qarşısını almaq üçün korvet komandiri iki qırmızı alov atəşi açıb. Bundan sonra helikopter istiqamətini dəyişərək Rusiya gəmisinin ətrafındakı ərazini tərk edib.
Bəxtiyar CƏFƏRLİ