ABŞ-da bir oxucu 132 il əvvəl götürülən jurnalı kitabxanaya geri qaytarıb. O, bunu gecikmə ödənişlərinin müvəqqəti olaraq dayandırıldığını öyrəndikdən sonra edib.
Herbiand.az bildirir ki, kitabxananın mətbuat xidməti bu barədə Facebook səhifəsində məlumat verib.
Hadisə Nyu-Hempşir ştatının Konkord şəhərindəki ictimai kitabxanada baş verib. İşçilər 1894-cü ilin sentyabr ayına aid olan "The Century Illustrated Monthly Magazine" jurnalının bir nüsxəsini alıblar. Jurnal həmin gündən sonra geri qaytarılmayıb. Gecikmənin müddəti 48.220 gün və ya 132 il olub.
Əgər kitabxana köhnə qaydalarla işləsəydi, istifadəçi 12.055 dollar cərimə ödəməliydi. Lakin, qaytarılmadan bir az əvvəl kitabxana vaxtı keçmiş kitablar üçün cərimələri dayandırdığını elan edib.
Jurnalı Con adlı kişi qaytarıb. O deyib ki, nəşr on illərdir evində qalıb, lakin ora necə düşdüyünü və ya ailəsindən kimin kitabxanadan götürdüyünü bilmir. Con bildirib ki, yerli qəzetdə bütün gecikdirmə rüsumlarının ləğv edilməsi ilə bağlı məqaləni oxuduqdan dərhal sonra jurnalı geri qaytarmaq qərarına gəlib.
Bəxtiyar CƏFƏRLİ