Advertisment

Zelenskinin müşaviri: “Rassvet” Ukrayna ordusu üçün təhlükəlidir

Rusiyanın aşağı orbitli “Rassvet” sisteminin yerləşdirilməsi Ukrayna Silahlı Qüvvələri üçün ciddi nəticələrə səbəb ola bilər.

Herbiand.az bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin rabitə və pilotsuz sistemlər üzrə ştatdankənar müşaviri, "Fleş" ləqəbi ilə tanınan Sergey Beskrestnov qrupun tam buraxılışını Ukrayna ordusu üçün "kiçik fəlakət" adlandırıb.

O, "sözün əsl mənasında təhlükə barədə qışqırdığını" bildirib və Kiyevi elektron müharibə sistemi üzərində işə başlamağa çağırıb: “Lakin, bu cür iş xeyli xərc tələb edəcək və dərhal nəticə verməyəcək”.

“Rassvet” 2020-ci ilin dekabr ayında Moskvada təsis edilmiş və “İks holdinq”in bir hissəsi olan Rusiyanın “Byuro 1440” özəl aerokosmik şirkəti tərəfindən yaradılıb. Layihə planetin müxtəlif bölgələrində genişzolaqlı məlumat ötürülməsi üçün aşağı orbitli peyk şəbəkəsinin yaradılmasını nəzərdə tutur.

Şirkət ilk 16 peyki mart ayının sonunda orbitə buraxıb.

Bəxtiyar CƏFƏRLİ