Payızın gəlişi ilə Ukrayna cəbhəsində müəyyən çətinliklər yaranacaq. Herbiand.az xəbər verir ki, bunu tanınmış hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçuk deyib.
Payızda intensiv yağışların yağdığını və yolların palçıq olacacağını xatırladan ekspert hesab edir ki, bu aylarda meşələrdə də hərəkət çətinləşir:
“Ağaclar yarpaqlarını tökməyə başlayır və yaşıllıq azalır. Nəticədə maskalanma imkanları məhdudlaşır. Palçıqlı yollarda təkərli texnikanın, həmçinin motosikletlərin hərəkəti çətinləşir. Nəyahət, temperaturun aşağı düşməsi hücum qruplarının irəliləmə tempinə mənfi təsir göstərir”.
Digər ekspert ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandikin isə həmkarı kimi pessimist deyil. O, hesab edir ki, payzıda işğal zonasında rus qoşunlarının hücumları davam edəcək.
E.Cəfərli