Paytaxtın Moskvadan Rusiya Federasiyasının digər bölgələrinə köçürülməsi mürəkkəb və təsirsiz bir həlldir və oxşar təcrübələr bir sıra ölkələrdə uğursuz olub.
Herbiand.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin 11-ci Moskva Maliyyə Forumu zamanı bildirib.
"İnsanlar bütün bölgələri Moskva kimi etmək barədə danışanda ilk ağla gələn şey, yəqin ki, ölkəmizin paytaxtını hər il fərqli bir bölgəyə köçürməkdir və bəlkə də hər kəs bundan sonra xoşbəxt yaşayacaq. Baxmayaraq ki, belə fikirlər həmişə var. Onu Ural, Sibir, Uzaq Şərq və s. kənara köçürmək. Düşünmürəm ki, bu, ən sadə və ya ən təsirli həll yoludur. Bir sıra ölkələrdə bu cür təcrübələr göstərib ki, bu, heç bir yerə aparmır", - Sobyanin deyib.
Bəxtiyar CƏFƏRLİ