Advertisment

“Türkiyənin müdafiə sənayesi çox güclüdür”-Amerikalı diplomat

“Türkiyə ilə ABŞ arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir. Prezident Tramp və Prezident Ərdoğan arasında çox yaxşı münasibət var”. Herbiand.az xəbər verir ki, bunu ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak deyib.

Onun sözlərinə görə, Türkiyə ABŞ prezidenti üçün çox mühüm tərəfdaşdır.

“Türkiyə ilə aramızda hər şey çox yüksək səviyyədədir. Son iki ildə Türkiyə ilə çox mühüm əməkdaşlığımız olub. İki ölkə arasında kommunikasiya kanallarının açıq saxlanılmasına çalışırıq”-deyə, o, bildirib.

Səfirin fikrincə, Türkiyənin müdafiə və silah infrastrukturu çox dəyişib: “Rusiya sistemlərinin istifadəsi ABŞ sistemləri ilə qətiyyən uyğun deyil. Konqres S-400 probleminin həllinə çalışmalıdır. Məncə bu, iki ölkə üçün kritik problem deyil.

Münasibətlərimizdə heç bir maneə yoxdur. Türkiyənin müdafiə sənayesi çox güclüdür”.

E.Cəfərli

Herbiand.az